ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo Pxenyanın ABŞ-a nə vaxt nüvə zərbəsi endirməyə qadir olacağını açıqlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə o, "CBS"-ə müsahibəsində bildirib.

MKİ rəhbərinin sözlərinə görə, söhbət bir neçə aydan gedir. "Əlbəttə mən (bunun-red) bir ildən sonra (baş verəcəyinə-red) deməyə şad olardım. ABŞ hökuməti səylə bu müddəti uzatmağa çalışır", - deyə Pompeo qeyd edib.

Daha əvvəl ABŞ KXDR-in nüvə potensialını qiymətləndirib.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin