Seul və Pxenyan Olimpiya Oyunlarına dair danışıqları

Seul və Pxenyan gələn ay Şimali Koreyanın Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına dair danışıqları davam etdirir.

Metbuat.az-ın məlumatına görə, şimali koreyalı nümayəndə heyəti Cənubi Koreyaya üç günlük səfər edib. Onlar Pxençxan oyunları zamanı tədbirlərin keçiriləcəyi potensial məkanlara baxıb.

Seul və Pxenyan arasında əldə olunan razılığa əsasən, iki ölkə fevralın 9-da açılış mərasimi zamanı bir bayraq altında yürüş edəcək və xokkey oyunlarında bir komanda ilə təmsil olunacaqlar.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR