"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində, ümumilikdə 13 nəfər yaralanıb, onlardan biri həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Bir nəfərin vəziyyəti isə ağır olaraq qalır.
*** 20:17
Türkiyənin Kilis şəhəri Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK terrorçu qruplaşmasının Suriyadakı qolu YPG tərəfindən atılan raketlərdən biri məscidin divarına dəyib.
Kilis valisi Metin Tekinarslan hadisə nəticəsində ikisi ağır olmaqla 8 nəfərin yaralandığını bildirib: "Raketlərdən biri Çalık məscidinin divarına, digəri isə evə düşüb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Məscidə ziyan dəyib".
Türkiyə Silahlı Qüvvələri cavab olaraq terrorçuların mövqelərinə zərbələr endirib.