Birləşmiş Ştatlar Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə və raket proqramlarına cavab olaraq yeni sanksiyaları tətbiq edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilmiş sənəddə deyilir.
Sanksiyaların altına 16 nəfər, o cümlədən Şimali Koreya Neft Nazirliyinin Rusiya, Çin və Abxaziyada işləyən doqquz fiziki şəxs düşüb.
Koreya yarımadasında vəziyyət 2017-ci ildə - Şimali Koreya bir neçə raket sınağı, həmçinin 6-cı nüvə sınağı keçirdikdən sonra kəskin pisləşib. Dekabrda ABŞ-ın təşəbbüsü ilə BMT-ın Təhlükəsizlik Şurası Pxenyana qarşı yeni beynəlxalq sanksiyaları daxil edib. Qətnamə KXDR-yə yanacaq və başqa malların çatdırılmasına ciddi məhdudiyyətləri nəzərdə tutur.
ABŞ-ın dövlət katibi Reks Tillersonun sözlərinə görə, sanksiyalar artıq Şimali Koreyada yanacağın kəskin çatışmazlığına gətirib çıxarıb.
Ömər