Hazal Kaya ilk dəfə sevgilisi Əli Atayla kamera qarşısına keçib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən rejissorluğunu Əli Atayın etdiyi "Ölümlü Dünya" filminin qala gecəsi baş tutub.

Baş rollarda Ahmet Mümtaz Taylan, Alpər Kul, Sarp Apak, İrem Sak, Doğu Dəmirqol, Fəyyaz Yiğit və Rüzgar Kaptanın oynadığı filmin qalasına Əli Atay sevgilisi Hazal Qaya ilə gəlib. Məşhur cütlük kameralar qarşına keçərək əl-ələ poza verib. Ali Atay film haqqında "Çox həyəcanlıyam, çox qəribə film olduğunu düşünürəm. Yaxşı nəticə alacağımıza inanıram. Rejissor kreslosunda oturmağı sevdim, öz dünyanı yaradırsan. Aktyorluq və musiqidən də imtina etməmişəm. Artıq canım nə istəsə, onu edəcəyəm" deyib.

Qala gecəsi üçün yaşıl rəngli, biserli paltar seçən aktrisa obrazını uzunboğaz qara çəkmələrlə tamamlayıb.