Yaponiya hökuməti Koreya Xalq Demokratik Respublikasını BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Metbuat.az-ın məlumatına görə, quruma ünvanlanan məktubda qeyd olunur ki, Şimali Koreya Şərqi Çin dənizindəki fəaliyyət ilə Təhlükəsizlik Şurasının tətbiq etdiyi qadağları pozub. Məlumata görə, 5 gün əvvəl Dominika dövlətinə məxsus gəmiylə Şimali Koreyaya məxsus gəmi bir-birinə yaxın məsafədə üzüb.

Güman edilir ki, nəqliyyat vasitələri yük transferi həyata keçirib. Bu isə, BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı tətbiq etdiyi qadağların pozulması deməkdir.

Sübhan / METBUAT.az