"Biz bu fotosessiyanı kiminsə xoşuna gəlmək üçün yox, dəyişiklik olsun deyə etdik. Məni tanıyanlar bilir ki, 10 ildən çoxdur özüməməxsus imicim, saç düzümüm, geyim tərzim var. Həmişə insanlar niyə dəyişiklik etmədiyim barədə sual verirdilər. Mənim isə onlara cavabım eyni olurdu: Əgər mən özümə yaraşanı tapmışamsa, bununla daha rahatamsa, niyə komfortumdan əl çəkim?"
Publika.az xəbər verir ki, bu sözləri yeni
fotosessiya etdirən tanınmış müğənni Nura Suri yeni fotosessiya
etdirib.
Stilist Elnur Hüseynova və fotoqraf Əlibəy Qasımovla belə qərara
gəldik ki, layihə üçün dəyişiklik edək. Bu, həm də başqa bir tədbir
üçün idi. Məni görənlər tanımadı. Bu da bizim istədiyimiz nəticə
idi".
Müğənni bildirib ki, bəzi insanlar onun görüntüsündən razı
olmayıb:
"Bəzi izləyicilərim saçın yaraşdığını bildirsə də, digər yarısı
bəyənmədi. Amma dediyim kimi, layihə üçün qısa müddətli dəyişiklik
idi".
Sözügedən fotosessiyanı təqdim edirik: