Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında 15 fevral 2016-cı ildə Fərman imzalayıb.

Metbuat.az bildirir ki, hazırda icbari tibbi sığortanın 1829 tibbi xidməti əhatə edən baza zərfi əsasında Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihə həyata keçirilir.

Ölkədə səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməklə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və icbari tibbi sığorta sisteminin tətbiqini təmin etmək məqsədi ilə yaradılan pilot layihənin müddəti bu ilin fevral ayında bitir.

Bununla bağlı Metbuat.az-a məlumat verən İcbari Tibbi Sığorta agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova bildirib ki, layihə fevral ayının 1-də bitir. Layihənin sonrakı taleyi Prezidentin fərmanına uyğun olacaq. Biz də ona uyğun işlərimizi quracağıq.

Qeyd edək ki, pilot layihənin icra olunduğu ərazilərdə rəsmi qeydiyyatda olan bütün vətəndaşlar və bu ərazilərdə məskunlaşmış məcburi köçkünlər icbari tibbi sığortadan faydalanmaq hüququna malikdirlər.Bu layihə çərçivəsində vətəndaşlar təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti), ilkin səhiyyə (ailə həkimi) xidməti, ambulator şəraitdə müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.), fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, əcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.), uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya, cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.), müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

Bakıda içərisində pul olan kisə tapdı - İndi sahibini axtarır - TIKLAYIN!