Metroda hər hansı bir qeyri-adi hadisəyə şahid olduğumuz zaman çoxlarımızın ağlına ilk gələn həmin anı telefonla çəkib, sosial şəbəkədə paylaşmaq olur. Təəssüflər olsun, bunun qadağan ola biləcəyi insanları düşündürmür.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Metbuat.az-a açıqlamsında bildirir ki, metropoliten daxilində rəhbərliyin icazəsi olmadan şəkil və video çəkilişi aparmaq qəti qadağandır:
“Qadağa metropoliten ərazisinə aiddir. Bununla bağlı hər hansı bir cərimə nəzərdə tutulmayıb. Sadəcə çəkiliş edən şəxsə polis əməkdaşları yaxınlaşaraq şəkli sildirir, sonra yola salırlar”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Sürücülərin DİQQƏTİNƏ! Polis sizi izləyir – VİDEO – Oxumaq üçün tıklayın!