İtaliyanın Siciliya adasında mafiyaya qarşı əməliyyatlar davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Palermo şəhərində həyata keçirilmiş əməliyyat nəticəsində 31 nəfər saxlanılıb.

Saxlanılanlar çirkli pulların yuyulması, qanunsuz qumar oyunları və mafiya ilə əməkdaşlıqda şübhəli bilinib.

Qeyd olunur ki, saxlananlardan biri "Koza Nostra" mafiyası ilə əməkdaşlıq edərək, İtaliya ərazisində 700-dən çox oyun avtomatları salonunun sahibi olub və mafiyaya çirkli pulların yuyulmasında yardım edib.

Milli.Az