“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.
Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi M.Abbasov ötən il dələduzluqda təqsirli bilinərək həbs edilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. O, məhkəmə zalından azadlığa buraxılıb.
M.Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.
Səbail Rayon Məhkəməsinin hökmü ilə M.Abbasov barəsində 3 il sınaq müddəti təyin edilməklə, ona şərti cəza verilib.
Hökmdən narazı qalan M.Abbasov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyir.