"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində baş verib.
Belə ki, Şamaxı rayonunun Quşçu kənd sakini, 1969-cu il təvəllüdlü Məzahir Seydağa oğlu Hacıyev naməlum şəraitdə döyülüb. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, o, ağır kəllə-beyin travması alıb.
Faktla bağlı araşdırma aparılır.