Misirin paytaxtı Qahirə yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə Əl-Minya əyalətində baş verib.

Məlumata görə, qəza nəticəsində 11 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.

Qəza dörd avtomobilin, o cümlədən bir mikroavtobusun iştirakı ilə baş verib.

Qeyd edək ki, statistikaya əsasən, Misirdə yol qəzalarında hər il 12 minə yaxın şəxs həlak olur.