Analitiklər yeni sistemi "Böyük Çin topu" (“Great Cannon”) adlandırıblar.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, "Böyük Çin topu" Çinin “Baidu” axtarış sisteminin serverlərinə gedən trafiki ələ keçirərək cavab trafikində zərərli “JavaScript” skriptlərini göndərir.
Tədqiqatçılar bildirib ki, “Baidu” axtarış sisteminə göndərilən sorğunun hansı ölkədən olmasının əhəmiyyəti yoxdur. Bu sorğu müəyyən meyarlara cavab verirsə, “Great Cannon” əks trafik kimi zərərli skript tətbiq edir.
Yeni sistem trafikin tərkibinin yoxlanılması üçün nəzərdə tutulmayıb, bu funksiyanı "Böyük Çin fayrvolu" yerinə yetirir.
Emil Hüseynov