Dünən dövlət başçısı İlham Əliyev 2018-ci Gənclərə
Prezident mükafatlarının verilməsi haqqında sərəncam
imzaladı.
Publika.az xəbər verir ki, mədəniyyət, təhsil və
ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 gəncə Prezident
mükafatları verilib. Onlardan biri də ƏSA Teatrının aktrisası
Gülnar Əlfidatlıdır.
Gülnar Əlfidatlı ölkəmizin əlillliyi olan aktyorlardan ibarət olan
ilk və tək inklüziv ƏSA Teatrında 2017-ci ilin mart ayından
etibarən fəaliyyətə başlayaraq, mədəniyyət sahəsində ilk
addımlarını atmağa başlayıb.
Anadangəlmə fiziki məhdudiyyəti olan (sol tərəfli hemo pariz)
Gülnar, Prezident Mükafatı almasıyla bağlı bunları deyib: “ƏSA-ya
gələndən sonra həyatım çox dəyişdi. Burada olduğum üçün və bu
teatrın heyətini tanıdığım üçün çox xoşbəxtəm. Yaxşı ki, ƏSA-nı
tanıdım. Çox şanslıyam ki, bu teatr qapılarını mənə açdı. Bu
mükafatdan sonra həyata çox bağlandım və insanlara, insanlığa
güvənim artdı. Çalışacağam ki, məndə mənə göstərilən etimadı
doğruldum. Hər zaman gənclərin yanında olan cənab İlham Əliyevə
sonsuz təşəkkülərimi bildirirəm”.