Türkiyə Avropa İttifaqına (Aİ) daxil olmaq naminə öz maraqlarını qurban verməyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, Aİ Ankara ilə danışıqları guya Türkiyənin onun tələblərini yerinə yetirməməsi bəhanəsi ilə dayandırıb:

"Türkiyə Avropa İttifaqının bütün tələblərini yerinə yetirib və onun tamhüquqlu üzvü olmaq niyyətindədir".

R.T.Ərdoğan əlavə edib ki, Aİ-nin digər şərtləri Ankaranı maraqlandırmır.

Milli.Az