ARB TV-nin "Səhər-Səhər" proqramınının növbəti qonağı
Əməkdar artist Şəbnəm Tapdıq olub.
Publika.az xəbər verir ki, müğənni əla
küftə-bozbaş bişirdiyini deyib:
“Mən yemək bişirə bilmirəmsə, mətbəxə girmirəm. Bişirəndə isə o
mütləq gözəl olmalıdır. İransayağı bozbaş bişirirəm. Uşaqlar dadına
baxır, bəyənir”.
Bundan sonra aparıcı Elgiz Əkbərin müğənniyə “bir gün bişirərsən,
gələrəm” təklifinə, Əməkdar artsit bu cür cavab verib:
“Mən səni tək necə evə çağırım?! O mənim xarakterimə uyğun deyil
ki, mən evdə oturum tək və evə bir kişi dəvət edim. Mümkün deyil
bu. Ancaq buradakı qızları götür gəl”.