Tanınmış aktrisa Raşl Veiz baş rolda çəkildiyi “The Mercy” filminin London qalasına qatılıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, çətin duruma düşən aktrisa “Ceyms Bond” obrazı ilə məşhur olan Deniel Kreyqin həyat yoldaşıdır. “Miu Miu” ləqəbli aktrisa tədbirə geydiyi göy libasının uzun yarığı səbəbindən çətin anlar yaşayıb. Üst qismi qapalı olan paltar yeriməkdə Raşla çətinlik yaradıb. Fotoqraflara uzun-uzadı poz verən aktrisa daha sonra üşüdüyündən əyninə palto geyinməli olub.

Xuraman Şuşalı ailəsi ilə birlikdə - VİDEO / FOTOLAR - Oxumaq üçün tıkla