"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi müavininin müşaviri Bricit Brink Bakıda keçirilən mətbuat konfransında bildirib.
"İyirmi il çox uzun zamandır. Həmsədrlər indi Bakıdadırlar. Biz ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq, bu münaqişənin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyirik", - B.Brink deyib.