Xalq artisti Faiq Ağayev Hindistan şou-biznesinə qatılır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, oradan təkliflər alıb:

"Azərbaycan incəsəntinin nümayəndəsi kimi Hindistana gedirəm. Danışıqlar gedir, hələ tam açıqlaya bilmirik".

F.Ağayev məşhur hind müğənnisi Alisa Çinai ilə görüşəcəyini bildirib:

"Bakıda Aişa xanımla keçirdiyimiz konsertin eynisi Hindistanda da olacaq. Aişa xanımla tez-tez danışırıq. İnşallah, gələn il baş tutacaq".

Milli.Az