Boliviyada güclü yağış və daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Evo Morales özünün “Twitter”ində yazıb.

“Təbii fəlakətlər üzrə Milli Şuranın tövsiyəsini nəzərə alaraq, vitse-prezident və hökumətlə birgə təbii fəlakətdən əziyyət çəkən ailə və bələdiyyələrə kömək məqsədi ilə fövqəladə vəziyyət rejimi tətbiq etmək qərara aldıq. Biz müvafiq strukturları cəlb edərək bütün resurslarımızı təbii fəlakət bölgəsinə yönəldəcəyik”, E.Morales yazıb.