İrandan Azərbaycana gələn şəxsdən narkotika aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşına məxsus 1 ədəd "West" markalı siqaret qutusuna baxış keçirilib.

Yoxlama zamanı siqaret qutusunun içərisindəki bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsində gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümlərdə, ümumi xalis çəkisi 0,312 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az