"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunları üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, iclas zamanı Aİ və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın bütün əsas aspektləri, o cümlədən Azərbaycanla Aİ arasındakı yeni saziş, enerji sahəsində əməkdaşlıq, ticarət və s. məsələlər müzakirə edilib.
"Cənub Qaz Dəhlizi enerji sektorunda əməkdaşlığımızın yalnız bir nümunəsidir", - F.Mogerini bildirib.