"Şəkər Adam" ləqəbli avstraliyalı milyarder Travers Beynon dünyada yeni trend kimi tanınır.

Metbuat.az Türkiyə KİV-inə istinadən bildirir ki, gənc milyarderin Avstraliyadakı "Şirniyyat Dükanı Malikanəsi" adını verdiyi evində keçirdiyi adi bir məclisdə 360,000 dollar xərclədiyi açıqlanıb. Bu kef məclislərində isə hər şey olur: Rolls Royslar, Ferrari, yarıçılpaq qızlar.

Tütün işi görən və bu sayədə milyarder olan Travers Beynon ətrafında yüzlərlə gözəl gənc qadın ilə birlikdə davam etdirdiyi həyatına dair fotoşəkilləri paylaşaraq "İnstagram"da məşhurlaşıb.

Travers Beynon evli və dörd uşağı olmasına baxmayaraq, hər gecə dörd qadınla birlikdə yatır.

Travers "Ocean Red Magazine" dərgisinə verdiyi müsahibədə məsələ ilə əlaqədar olaraq "orta hesabla dörd qız olur, daha az olmaz" deyib.

Travers Beynonun 26 yaşlı həyat yoldaşı Taesha isə hər şeyi qəbul edib: "Bir çox qız dostu ola bilər, amma 1 dənə arvadı var. Sosial mediaya baxın, demək olar ki, ərimin üstünə tullanacaqlar. Bəziləri 3 5 gün evdə qalıb, gedir".

Əvvəllər futbolçu olan Travers Beynon "mən zəngin anadan olmamışam, amma bu həyatda hər şeyi çox çalışaraq və hər şeyə minnətdarlıq duyaraq qazandım" deyir.

Belə sehrbaz görməmisiz