Boliviyada karnavalda partlayış nəticəsində 8 nəfər ölüb
Paylaş
111 baxış·1 dəq oxu
Bakı. 11 fevral. REPORT.AZ/ Boliviyada karnaval zamanı qaz sızmasından baş verən partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə ABI agentliyi məlumat yayıb. Bundan əlavə, hadisə nəticəsində 40 nəfər xəsarət alıb. Bundan əvvəl 6 nəfərin öldüyü bildirilirdi.