Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hadisə ilə əlaqədar "Report"a verdiyi açıqlamasında bildirib ki, hazırda həlak olduğu ehtimal edilən azərbaycanlının kimliyinin dəqiqləşdirilməsi istiqamətində müvafiq addımlar atılır:
"Qəzada bir azərbaycanlının öldüyü barədə məlumat var. XİN aidiyyəti dövlət qurumları ilə birgə Azərbaycan vətəndaşı olduğu ehtimal edilən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində müvafiq addımlar atır".