2017-ci ilin nəticələrinə görə, "Şəbəkə Travel" turizm şirkəti kimi "Azeri Bussiness Award" mükafatına layiq görülüb.
"Şəbəkə Travel"in qurucusu Natiq Məmmədov bildirib ki, şirkət peşəkar biznes tarixçəsi tələb edən, otellərdə böyük yer və qiymət kvotası olan, "Global Travel Wholesaler"lər ilə (Beynəlxalq Səyahət Topdansatış şirkəti) uğurlu əməkdaşlıq edir.
24 saat fasiləsiz xidmət göstərən turizm şirkəti 500-dən çox aviaşirkətlə, dünyanın 2800-dən çox şəhərinə işgüzar şəxslər və turistlər üçün səyahət imkanı yaradır. Eyni zamanda, Azərbaycan daxili turlar, eləcə də, dünyanın ən böyük 14 kruiz şirkətinin laynerləri ilə kruizlərin təşkili də həyata keçirilir. Dünyanın istənilən nöqtəsində və Azərbaycanda avtomobil icarəsi, aeroport transferi də xidmətlərə daxildir.
N. Məmmədov hazırda qeyd olunan xidmətlərin sayının artırılması istiqamətində işlərin sürətlə davam etdirildiyini vurğulayıb.

