Vaşinqton Qahirəyə 1 milyard dollar ayırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Misirdə xarici işlər naziri Sameh Şukri ilə birgə mətbuat konfransı zamanı deyib.

Dövlət katibi bu vəsaitin terrorizmlə mübarizə üçün ayrıldığını vurğulayıb.

R.Tillerson deyib: "Vaşinqton terrorizmə qarşı mübarizədə hərbi potensialını artırması üçün Qahirəyə 1 milyard dollar ayırıb".

Qeyd edək ki, ABŞ-ın Qahirəyə illik hərbi yardımı 1,4 milyard dollar təşkil edir.

Milli.Az