Tanınmış aparıcı Elgiz Əkbər öz verilişində onları təhqir edən insanları məhkəməyə verəcəyini söyləyib.
Metbuat.az mövzuyla bağlı aparıcı Elgiz Əkbərlə əlaqə saxladı. O bildirdi ki, şikayəti saytlardan yox sosial səhifələrdən edib:
“Sosial şəbəkədəki səhifələr guya xəbər yayırlar. Ancaq insanları təhqir edirlər. Keçən proqramımızda bir rəqqasə qonağımız olmuşdu. Əli Mirəliyev də onunla rəqs etmişdi. Səhifə də xəbər verirmiş kimi ağzına gələn təhqiri yazıb. Heç bir adminin insanları çox pis formada təhqir etmə haqqı yoxdur. Buna görə də mən onları məhkəməyə verəcəm.”
| Aparıcı Elgiz onu təhqir edən saytdan 50 min manat təzminat
istəyir? - VİDEO - Oxumaq üçün tıkla |