Bakı. 14 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
“Report”un nazirliyə istinadən verdiyi xəbərə görə, bu barədə Fondun rayonda keçirdiyi bu ilin ilk işgüzar forumunda məlumat verilib.
Məlumata görə, tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Qazax rayonu üzrə sahibkarlıq subyektlərindən bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Layihələr sırasında kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması, ət kəsimi və süd emalı müəssisələrinin yaradılması və otelin yaradılması ilə bağlı olacaq.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.