Türkiyənin müxalifət partiyasının lideri əməliyyat olunub
Paylaş
100 baxış·1 dəq oxu
Bakı. 15 fevral. REPORT.AZ/ Türkiyənin əsas müxalifət partiyası olan Cümhurriyyət Xalq Partiyasının sədri, deputat Kamal Kılıcdaroğlu cərrahiyyə əməliyyatı olunub. “Report” CNNTürk-ə istinadən xəbər verir ki, o, fevralın 15-də prostat əməliyyatı keçirib. Həkimlər əməliyyatın uğurla başa çatdığını və partiya sədrinin özünü yaxşı hiss etdiyini bildiriblər. K.Kılıcdaroğlu tezliklə evə buraxlıacaq.