Soğanı qoyacağınız qabı duzlayın

Gündəlik həyatda kiçik praktiki məlumatlarla problemlərinizi həll edə bilərsiniz.

Metbuat.az xəbər verir ki, bu məsləhətlər xüsusi ilə xanımların işinə yarayacaq. Özəl günlərdə geyindiyiniz köynəklərin düymələri qopa bilər. Buna çarə olaraq ağ dırnaq parladıcını düymələrin üstünə vurmağınız kifayətdir.

Yeməkləri daha dadlı və sağlıqlı edən sarımsağın soyulması vaxt tələb edən prosesdir. Bunun üçün sarımsaqları bankanın içərisinə qoyub çalxalayın.

Aldığınız bananların uzun müddət qaralmamasını istəyirsinizsə, bananı qopartdığınız yerə "streç" torba keçirin.

Xanımların ən çox başına gələn hadisələrdən biri boyunbağılarının dolaşmasıdır. Bunun da çox sadə həll üsulu var. Düyünlənmiş boyunbağınız varsa, üzərinə uşaq pudrası tökün.

Doğradığınız çiy soğanın təzəliyini qoruyub saxlamaq üçün soğanları qoyacağınız qabı duzlayın.

Yeməklərin bişib daşmaması üçün taxta qaşığı qazanın üzərinə üfüqi formada qoyun.

Aysel Yaqubqızı / Metbuat.az

Xalçanın üstünə soda səpin, sonra... - 8 İSTİFADƏ QAYDASI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR