Bakı. 15 fevral. REPORT.AZ/ Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin IV iclasında ötən il görülmüş işlər nəzərən keçirildi, gələn il görüləcək işlər müzakirə olundu və bir sıra sənədlər imzalandı.
"Report" xəbər verir ki, bunu iclasdan sonra keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, iclasda Cənub Qaz Dəhlizi layihəsinin 4 komponentinin icra vəziyyəti müzakirə edilib: "Bu layihənin bütün komponentləri qabaqcadan planlaşdırıldığı kimi uğurla həyata keçirilir. İcra səviyyəsi qanedəici səviyyədədir. Prezident də tövsiyələrini verdi. Bu ilin ortasında ilk Azərbaycan qazının Türkiyəyə çatdırılması nəzərdə tutulur. 2020-ci ilə isə "Şahdəniz" qazı İtaliyanın cənubuna çatdırılacaq".