ARB Tv-nin “Səhər-səhər” şousunun qonağı aktrisa Pərvin Abıyeva olub.
Metbuat.az xəbər verir ki, aparıcı Elgiz Əkbər ona "deyirlər filmlərə az çəkilirsən, ancaq ən bahalı maşın da sənindir. Bunu necə qazanırsan?" sualını verib.
Aktrisa isə qıcıqlanaraq aparıcıya qazandığı pulun izahatını verib:
“Mən filmlərə hamıdan çox çəkilirəm. Siz o danışan aktrisalardan soruşun görün kinostudiyanın qapısını tanıyırlar? Bir ildə 5 filmin qalasında baş rolda iştirak edirsənsə, onun qonorarı da aşağı ola bilməz. 1 ildə təxminən 50 min qazanıram. Bizdə çox görünə bilər. Türkiyədə bu məbləği ayda qazanırlar. Mən tək filmdən qazanmıram, sosial şəbəkədə səhifəmdə reklamdan, sonra başqa reklamlardan qazanıram.”
Baxan bir də baxdı - Stilist xanımın geyimi gecəyə
damğa vurdu/ FOTOLAR - Oxumaq üçün tıkla |