“Ufak Tefek Cinayetler” serialının aktrisası təmtəraqlı gecəyə 25 manatlıq geyimdə gəldi - FOTO

“Ufak Tefek Cinayetler” serialının aktrisası təmtəraqlı gecəyə 25 manatlıq geyimdə gəldi - FOTO
14:28 17 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi dünən “GQ Türkiyə” jurnalının mükafatlandırma mərasimi baş tutub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kino, musiqi və moda aləminin tanınmış nümayəndələrinin iştirak etdiyi gecədə şıqlıq yarışı yaşanıb.

Mərasimdə Star TV-də yayımlanan “Ufak Tefek Cinayetler” serialının iki qəhrəmanı - Bade İşçil və Gökçe Bahadır da iştirak edib.

Adıçəkilən serialda dəbdəbəli xanım obrazını canalandıran Bade sadə seçimi ilə pərəstişkarlarını xəyal qırıqlığına uğradıb. Məsələ ondadır ki, televiziya ulduzu dəbdəbəli gecəyə 50 lirəlik (təxminən 25 manat) kombinezonda gəlib. Onun geyim üçün seçdiyi boz stilettoları da uğursuz qiymətləndirilib.

Gökçe Bahadırın seçimi isə xüsusi diqqətə layiq olub. Onun gecə üçün seçdiyi libas “Raisa & Vanessa” moda evindən olub. Gökçenin moda tənqidçiləri tərəfindən böyük rəğbət toplayan geyiminin dəyəri 12 min TL-dir (təxminən 6000 manat).


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/231542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR