Ancelina Coli qırmızı xalçada göz qamaşdırdı – FOTO

Ancelina Coli qırmızı xalçada göz qamaşdırdı – FOTO
10:48 19 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Dünən Londonda, "Royal Albert Hall" zalında BAFTA-2018 Britaniya Film və Televiziya İncəsənəti Akademiyası mükafatlarının təqdimetmə mərasimi baş tutub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gecənin ən gözlənilən qonağı Ancelina Coli olub. Kino aktrisasının qırmızı xalçada görünməsi sözün əsl mənasında hadisə olub. Yüzlərlə kamera ulduzun qüsursuz obrazının görüntülərini çəkməyə can atıb. Aktrisanın geyimi dəb tənqidçiləri və instaqram abunəçiləri tərəfindən yüksək balla qiymətəndirilib.

Coli tədbir üçün ən çox sevdiyi “Ralph & Russo” moda evindən qara zərif məxmər don seçib. O, çiyni açıq paltarını iri qitməyli sırğalarla tamamlayıb. Sadə makiyaja üstünlük verən Ancelina saçlarını arxadan toppuz yığdırıb.

Məlum olub ki, Colinin stili üzərində məşhur stilistlərindən biri Cennifer Reyd çalışıb. O, artıq bir neçə ildir ki, aktrisa ilə işləyir. Stilistin sözlərinə görə, Ancelina adətən minimalizm və klassikanı seçir, çünki onun üz cizgiləri kifayət qədər gözəldir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/231682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR