Hollivud ulduzlarının qırmızı xaçlada şıqlıq yarışı - FOTO

Hollivud ulduzlarının qırmızı xaçlada şıqlıq yarışı - FOTO
11:48 19 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi dünən BAFTA kino mükafatlarının təqdimetmə mərasimi baş tutub.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə Britaniya Film və Televiziya Sənətləri Akademiyası mükafatlarının təqdimetmə mərasimi Royal Albert zalında təşkil olunub. Oskarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film və televiziya əsərlərinə mükafatları verir. Oskara gedən yollardan biri olaraq görülən 71-ci BAFTA-nın təqdimolunma mərasimində Kembric hersoginyası Keyt Middlton, şahzadə Uilyam, aktrisalardan Cennifer Laurens, Ancelina Coli, Salma Hayek, Ceymi Bell, Lyupita Nyonqo, Oktaviya Spenser, Marqo Robbi, Natali Dorman, Emma Roberts və başqaları iştirak edib.

Mükafatlar təqdim olunmazdan əvvəl tanınmışlar qırmızı xalçada fotoqraflara poza verib. Tədbirin bütün qonaqları gözlənilən kimi çıxışları üçün qara rəngli dəstlərə üstünlük veriblər.

Bir müddət əvvəl BAFTA təşkilatçıları dəvət məktubları göndərərək qonaqlardan qadın zorakılığına qarşı mübarizə əlaməti olaraq “Qızıl Qlobus 2018”da qoyulan dress-kodu təkrarlamağı xahiş edib. Ulduzlar da bu xahişi yetirə yetirib. Onlar kino və digər sahələrdə gender bərabərsizliyinə etiraz əlaməti olaraq və cinsi təcavüz qurbanlarına qarşı həmrəylik nümayiş etdirmək üçün qırmızı xalçaya qara libaslarda çıxıb.

Lakin hamilə hersoginya qeyri-rəsmi dress-kod qaydalarına məhəl qoymayıb. Hər halda bu, kral ailələrinin üzvləri tərəfindən gözlənilən addım idi. Məsələ ondadır ki, krallıq belə hallarda neytrallığını saxlamağa çalışır. Yeri gəlmişkən, Keyt də kifayət qədər tünd çalarlı paltar seçib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/231698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR