Ağ Ev KXDR-in Penslə görüşü ləğv etdiyini təsdiqləyib

Ağ Ev KXDR-in Penslə görüşü ləğv etdiyini təsdiqləyib
05:42 21 Fevral 2018
135 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Mayk Pensin aparatının rəhbəri Nik Ayers Şimali Koreyanın nümayəndələrinin Pxençxanda keçirilən Olimpiadada onun rəhbəri ilə görüşü ləğv etdiklərini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.
"Onlar görüşdən imtina etdilər. Ola bilər ki, danışıqlar stoluna oturmaq üçün heç vaxt səmimiyyətə hazırlanmayıblar", - deyə Ayers qeyd edib.
Onun sözlərinə görə, əvvəlcə Şimali Koreya vitse-prezidentin daha çox yumşaq fikir bildirəcəyi, sonra öz təbliğatçılıq hədəflərində bundan istifadə edəcəyi ümidi ilə görüşü təxirə salıb.
Daha əvvəl "The Washington Post" yazıb ki, Pens Seulda KXDR liderinin bacısı Kim Yo Çjonla görüşməli idi. Lakin amerikalı siyasətçinin Pxenyanın ünvanına kəskin fikirləri səbəbindən görüş son anda Şimali Koreya tərəfindən ləğv edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ag-ev-kxdr-in-pensle-gorusu-legv-etdiyini-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR