Dəri xərçənginə tutulan qadın çölə çıxa bilmir

Antalyada çox nadir görülən bir növ dəri xərçənginə yaxalanan Sibel Oflas üzündəki yaralar səbəbindən suallara məruz qalmaqdan bezdiyi üçün sadəcə xəstəxanaya gedərkən, çölə çıxır.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Oflas, "Avtobusa minirəm. Arxadan gəlib, marağını aradan qaldırmaq üçün məni dürtüb, üzünüzə sirkə atıblar deyə soruşurlar. Sual verməsinlər, - deyə heç kəslə göz təması yaratmamağa çalışıram"- deyib.

Kastamonunun Taşköprü rayonunda dünyaya gələn Sibel Oflasın bədənində, 8 yaşında ziyillər çıxmağa başlayıb.

Bu ziyilləri normal sayan Sibel Oflasın 30 yaşına gəldikdə isə başında yaralar çıxıb.

Səhiyyə təminatı olmadığı üçün bir müddət xəstəxanaya getməyən Oflasın bir neçə il sonra bədəninin müxtəlif hissələrində də yaralar əmələ gəlib. Bu yaralar ilə xəstəxanaya gedən Oflasın "epidermodisplazya verrüsiformis" adı verilən dəri xəstəliyinə yaxalandığı ortaya çıxıb.

Dünyada çox nadir görülən bu xəstəlik sonrası Oflasın yaraları xərçəngə çevrilib.

Üzü demək olar ki, tamamilə yaralarla örtən Oflasın qulağının və yanağının bir hissəsi əməliyyatla alınıb.

Tural İsmayılov/ Metbuat.az

Adnan Oktar qərar verdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR