Anar Ağakişiyev Məleykə Əsədovanı TANINMAZ HALA SALDI - VİDEO

Anar Ağakişiyev Məleykə Əsədovanı TANINMAZ HALA SALDI - VİDEO
15:43 22 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Adını dünyanın bir çox ölkələrində də tanıtdıran makiyaj ustası Anar Ağakişiyev bu dəfə Xalq artisti Məleykə Əsədovanı bəzəyib.

Publika.az xəbər verir ki, makiyajla qadınları cavanlaşdıran, bəzən də onları tanınanmaz hala salan Anar Ağakişiyev aktrisanın makiyajdan əvvəl və sonrakı halını instaqram səhifəsində paylaşıb. İmicində dəyişiklik etməyi sevmədiyini deyən 50 yaşlı aktrisanın görüntüləri marağa səbəb olub.

Stilist aktrisa haqqında bunları qeyd edib:

“Azərbaycan səhnəsinin bənzərsiz aktrisası, gözəllər gözəli, istedadlı və təkrarolunmaz Xalq artistimiz, 29 il fasiləsiz bizi öz möhtəşəm fəaliyəti ilə sevindirən Məleykə Əsədova üçün mən və gözəl komandam yeni obraz yaratmaq qərarına gəldik. Bu iş əziz dostum Nəzakətin hesabına ərsəyə gəldi”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/232118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR