“Report” xəbər verir ki, bu barədə Rusiya prezidentinin saytı məlumat yayıb.
Putin Zakir Həsənova dövlət təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıb
Putin görüş zamanı ölkələr arasında hərbi sahədə olan qarşılıqlı etimadın dəyərini qeyd edib:
"Sizin, bir paqon gəzdirən insan kimi, silahlara, orduya, dövlətin bütün güc komponentlərinə xüsusi münasibətiniz var. Siz buna nə dərəcədə diqqətli yanaşmalı olduğunu və hərbi iş kimi həssas sahədə etimadın necə yüksək qiymətləndirildiyini hamıdan daha yaxşı bilirsiniz.
Kimin üçün ki, silahlı qüvvələrin inkişafı ilə əlaqəli olan 23 fevral tarixi gündür, onları ikiqat təbrik edirəm. Hamınıza, hərbçilərinizə, xalqlarınıza ən xoş arzularımı diləyirəm. Sizlərə öz dövlətinizin təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıram".
