Azərbaycan müdafiə nazirinin müavini Vladimir Putinlə görüşüb

Azərbaycan, Ermənistan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus və Qırğızstan müdafiə nazirliklərinin başçıları və onların müavinləri Rusiya prezidenti Vladimir Putinlə görüşüblər.

Metbuat.az-ın Kremlin saytına istinadən verdiyi məlumata əsasən, görüş Moskvada Kreml sarayında 23 fevral - Vətənin Müdafiəçisi Günü münasibəti ilə keçirilən təntənəli gecə ilə əlaqədar keçirilib.

"Sizin, bir paqon gəzdirən insan kimi, silahlara, orduya, dövlətin bütün güc komponentlərinə xüsusi münasibətiniz var. Siz buna nə dərəcədə diqqətli yanaşmalı olduğunu və hərbi iş kimi həssas sahədə etimadın necə yüksək qiymətləndirildiyini hamıdan daha yaxşı bilirsiniz", deyə Rusiya prezidenti bildirib.

O, həmçinin, dəvət olunan qonaqlara öz dövlətlərinin təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR