Qahirədə yaşayış binası uçub, azı 10 nəfər ölüb

Qahirədə yaşayış binası uçub, azı 10 nəfər ölüb
07:32 23 Fevral 2018
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Misirin paytaxtı Qahirədə beşmərtəbəli yaşayış binasının uçması nəticəsində azı 10 nəfər ölüb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli MENA rəsmi informasiya agentliyi məlumat yayıb.
Qahirənin Mülki Müdafiə İdarəsindəki mənbənin bildirdiyinə görə, bina paytaxtın ən sıx məskunlaşmış kasıb rayonlarından olan Manşiat-Nasrdə uçub. O, hazırda dağıntılar altından 10 meyitin çıxarıldığı əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qahirede-yasayis-binasi-ucub-azi-10-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR