Neftimiz yenə bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 22-də 67,53 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,99 dollar/barel çoxdur.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 22-də 66,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 22-də 62,62 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 22-də 65,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,1 dollar/barel çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR