"Financial Times"a görə, bir çox bank artıq layihə ilə bağlı onlarla anlaşma imzalamağa nail olublar. "Standard Chartered"in baş icraçı direktoru Bil Uinters (Bill Winters) bildirib ki, "bu layihə həyata keçirilərsə, bura axacaq özəl sektor investisiyaları çox iri həcmdə olacaq. Yerli maliyyələşmə lazım olduğundan, işimiz fərqli komponentləri birləşdirmək olacaq".
"Citigroup"un Asiya-Sakit Okean bölgəsində bankçılıq bölməsinin rəhbəri Geri Kif (Gerry Keefe) isə açıqlamasında, "ABŞ və Asiyadan bir çox qlobal müştərimiz bu layihəni, öz fəaliyyətini genişləndirmək üçün böyük fürsət kimi qiymətləndirir".