Yanğın zamanı xəsarət alanların adları məlum oldu

Respublika Narkoloji Mərkəzdə baş verən yanğın zamanı xəsarət alanların adları məlum olub.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilən Kərimov Vüqar Fikrət oğlu (48 yaş), Nadirov Kamal Ramiz oğlu (35 yaş) və Qafarov Rafiq Hüseynxan oğlu (35 yaş) ilkin müayinədən sonra evə buraxılıb.

İmranov Namiq Əyyub oğlu (31 yaş) sonradan mərkəzə gətirilib, hazırda müalicəsi davam edir.

Qeyd edək ki, bu gün səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 24 nəfər ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR