Xəzər TV-nin əməkdaşının çantası oğurlandı

Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat yayıb. Məlumata görə, Xəzər TV-nin əməkdaşı olan Ülkər Qasımqızının əl çantası maşından oğurlanıb. Mebel mağazasının qarşısında avtomobilini saxlayan jurnalist çantasını maşında qoyaraq, nişanlısı ilə birgə mebel mağazasına girib. Onlar mebel alan zaman maşının yanından keçən oğru avtomobilin açıq olduğunu görüb və çantanı götürüb.

Qeyd edək ki, oğurluq anı yaxınlıqdakı mağazanın kamerasına düşüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR