Hər kəs bu qadından danışır

Qüsursuz dərisi və cəlbedici gözləri ilə "Yaşayan barbie" Şudu Qram sosial medianı ələ keçirib.

Metbuat.az xəbər verir ki, Qram Rihannanın gözəllik markası "Fenty Beauty"nin məhsullarını nümayiş etdirdikdən sonra izləyicilərinin sayı birdən yüksəlib. Sadəcə 16 paylaşımın olduğu səhifənin 40 mindən artıq izləyicisi var.

Bəs Şudu Qram məşhurluğunu nəyə borcludur? Qüsursuz bədəni, baxınca dəhşətə gətirən gözləri? -Xeyr, heç biri.

Şudu Qramı bu cür məşhurlaşdıran böyük sirr əslində onun virtual model olmasıdır. O, dünyanın ilk "rəqəmsal super modeli"dir. Fotoqraf Kameron Ceyms Vilson tərəfindən yaradılan Şudu Qram üçün izləyiciləri ad da tapıblar: "Yaşayan Barbie"!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR