Azərbaycanda jurnalist dəm qazından öldü

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Satıcının yerində olmamasından istifadə etdi və... - Anbaan VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR