Bayram yarmarkaları BU TARİXDƏN başlayır - Ucuz qiymətlər, bol çeşid...

Novruz bayramı ilə bağlı Bakıda yarmarkalar fəaliyyətə başlayacaq.

Metbuat.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, bayram yarmarkaları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən artıq yerli icra hakimiyyəti orqanlarına müraciət ünvanlanıb:

“4 gün müddətində - 17, 18, 19, 20 mart tarixlərində bayram yarmarkaları keçiriləcək. Yerli fermerler istehsal etdiyi məhsulları yarmarkalarda tam sərbəst şəkildə sata biləcəklər. Bizim hər bir rayonda kənd təsərrüfatı idarələrimiz fəaliyyət göstərir. Fermer və sahibkarlar həmin idarələrdə qeydiyyatdan keçməklə yarmarkalarda məhsullarını sata bilərlər. Qeyd edək ki, təşkil olunacaq yarmarkalarda məhsullar müştərilərə bazar və market qiymətlərindən ucuz təklif olunacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Benzin, yoxsa dizel? - Bu avtomobillərə üstünlük verin – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR